Ana Sayfa > Dünya > ABŞ Rusiya rəsmisinə viza vermədi

ABŞ Rusiya rəsmisinə viza vermədi


7-09-2015, 10:02. Yazar: admin
ABŞ Rusiya rəsmisinə viza vermədi
Birləşmiş Ştatlar Rusiya rəsmisinə viza verməyib. Rusiya Güləş Federasiyasının prezidenti sentyabrın 7-dən Las Veqasda dünya çempionatında iştiraka görə viza üçün müraciət etmişdi.

Mikhail Mamiashvili Rusiya prezidenti Vladimir Putin-in dostu, Ümumdünya Vahid Güləş Federasiyasının vitse-prezidenti və Beynəlxalq Güləş Federasiyasının (FILA) büro üzvüdür.

Mamiashvili sentyabrın 6-da deyib ki, ABŞ bu qərarını izah etməyib. Rusiya federasiyasının vitse-prezidenti Georgy Bryusov bəyanatı siyasi motivli adlandırıb.

Ukraynada doğulmuş gürcü əsilli Mamiashvili-nin adı əvvəllər beynəlxalq qalmaqallarda çəkilib. O, rusiyalı güləşçinin qatıldığı final oyununda hakimə işarə verməkdə suçlanıb.

Geri dön