Ana Sayfa > Dünya > NATO, Rusiya təlimləri gərginliyi artırır

NATO, Rusiya təlimləri gərginliyi artırır


12-08-2015, 10:41. Yazar: admin
NATO, Rusiya təlimləri gərginliyi artırır
NATO və Rusiyanın hərbi təlimlərin miqyasını və sayını artırması Avropada silahlı münaqişə ehtimalını artırır. Bu xəbərdarlıqla avqustun 12-də Londonda mənzillənən beyin mərkəzi – Avropa Liderlik Şəbəkəsi (European Leadership Network) çıxış edib.

Qurumun direktoru Ian Kearns deyib ki, müharibə oyunları “inamsızlıq mühitinə töhfə verir”. Kearns bu il Rusiya və NATO-nun keçirdiyi iki hərbi təlimi araşdırıb. Onun araşdırmasının üzə çıxardığı əlamətlərə görə, “Rusiya NATO ilə, NATO isə Rusiya ilə mümkün qarşıdurmaha hazırlaşır”.

Bu təlimlər “qeyri-müəyyənliyi artırır” və “təhlükəli hərbi qarşıdurma” riskini gücləndirir, araşdırmada deyilir.

Ötən il Rusiya Ukraynanın Krım vilayətini ilhaq edəndən sonra Rusiya ilə Qərbin münasibətləri gərginləşib.

Geri dön