Ana Sayfa > Dünya > Pakistan gənci edam etdi

Pakistan gənci edam etdi


4-08-2015, 10:43. Yazar: admin
Pakistan gənci edam etdi
Avqustun 4-də Pakistan 2004-cü ildə bir uşağı öldürmüş Shafqat Hussain-i edam edib. Məlumatı həbsxana rəsmiləri və gəncin qohumları verib. Qlobal insan haqları qrupları Pakistanı bu edamı həyata keçirməməyə çağırırdı.

Vəkilləri deyirdi ki, təqsirli bilinəndə cəmi 14 yaşı olub və ifadəsi də işgəncəylə alınıb. Ancaq rəsmilər Hussain məhkum olunanda artıq yetkinlik yaşına çatdığını bildirir.

Hussain sübh çağında Karaçi həbsxanasında edam olunub. Gecəyarısı ailəsi ilə görüşməsinə icazə verilib.

Onun edamı bu il düz 4 dəfə ertələnib. İnsan haqları qrupları və BMT edamı dayandırmağa çağırırdı. BMT hüquq ekspertləri bu məhkəmənin “beynəlxalq standartlara uyğun keçirilmədiyini” deyirdi.

Hussain-in doğulduğu Kəşmirin hökuməti avqustun 3-də prezident Mamnoon Hussain-I edamı ertələməyə, əlavə təhqiqat aparmağa çağırıb.

Dekabrda edamlara yenidən start verəndən bəri Pakistan 180 məhkumu asıb.

Geri dön