Ana Sayfa > Dünya > Taliban deyir mesaj Haqqaniyə məxsusdur

Taliban deyir mesaj Haqqaniyə məxsusdur


3-08-2015, 10:16. Yazar: admin
Taliban deyir mesaj Haqqaniyə məxsusdur
Əfqanıstan Talibanı Haqqani şəbəkəsinin əsasını qoyan Jaluluddin Haqqani-yə məxsus olduğunu iddia edən bəyanat yayıb. Taliban Haqqani-nni ölməsi barədə məlumatları təkzib etməkdədir.

Avqustun 2-də Talibanın vebsaytında yerləşdirilən bəyanatda Haqqani Taliban lideri Mullah Mohammad Omar-ın ölümündən kədərləndiyini bildirir. Omar-ın 2013-cü ildə dünyasını dəyişməsi ötən həftə təsdiqlənib. Haqqani bəyanatda Omar-ın varisi kimi Mullah Akhtar Mansur-a dəstəyini bildirir və Taliban silahlılarına “birliyi və intizamı” saxlamağı tövsiyə edir.

Taliban Mullah Mansur-u Omar-ın varisi elan edib, ancaq komandirlərindən bəziləri Omar-ın oğlu Yaqub-a dəstəyini bildirib.

Talibandan bir neçə etibarlı mənbə AzadlıqRadiosuna bildirib ki, Taliban və Al-Qaeda-ya bağlı Haqqani şəbəkəsinin yaradıcısı 2014-cü ildə xəstəlikdən ölüb və Əfqanıstanda dəfn olunub. Taliban isə avqustun 1-də bu məlumatların “əsassız” olduğunu bildirib.

Geri dön