Ana Sayfa > Dünya > Yəməndə tərəflər atəşkəsə hörmət qoymur
Yəməndə tərəflər atəşkəsə hörmət qoymur29-07-2015, 10:54. Yazar: admin |
Yəməndə son atəşkəs cəhdinə tərəflərdən heç biri hörmət qoymur, bunu BMT-nin humanitar məsələlər üzrə rəsmisi iyulun 28-də deyib. Stephen O'Brien Təhlükəsizlik Şurasına deyib ki, 3 milyon yəmənliyə ərzaq çatdırılması planı hazırdır və icra üçün atışmanın dayanmasını gözləyirlər. Rəsmi atışmanın “şərtsiz dondurulması”na çağırıb. Aylardır Səudiyyənin rəhbərlik etdiyi koalisiya Yəməndə şiə husi yaraqlılarına hava zərbələri endirir. Beş günlük humanitar fasilə ötən həftəsonu elan olunub, ancaq elə iyulun 27-də pozulub. Ayın əvvəlində də eyni şey baş vermişdi. Geri dön |