Ana Sayfa > Dünya > Türkiyədə HDP millət vəkili toxunulmazlığından imtina edəcək

Türkiyədə HDP millət vəkili toxunulmazlığından imtina edəcək


29-07-2015, 10:49. Yazar: admin
Türkiyədə HDP millət vəkili toxunulmazlığından imtina edəcək
Türkiyədə Xalqların Demokratik Partiyası (HDP) millət vəkili toxunulmazlığından imtina edəcək.

SalamNews-un “Milliyet” qəzetinə istinadla verdiyi xəbərə görə, bunu Partiyanın həmsədri Selahattin Demirtaş bəyan edib.

O deyib ki, bu gün 80 millət vəkili Parlamentə gedərək, millət vəkilliyi toxunulmazlığından imtina edəcək: “Nə olur-olsun, sülh üçün mübarizə aparmaqdan imtina etməyəcəyik.

Partiyaları xalqlar açar, xalq bağlayar. Bu gün 80 millət vəkili ilə birlikdə Türkiyə Böyük Millət Məclisinə gedərək, millət vəkilliyi toxunulmazlığından imtina etdiyimizə dair ərizə verəcəyik.

Sizdən qorxan sizin kimi olsun!"


Geri dön