Ana Sayfa > Dünya > İraqda partlayışlarda 8 nəfər ölüb

İraqda partlayışlarda 8 nəfər ölüb


20-07-2015, 10:35. Yazar: admin
İraqda partlayışlarda 8 nəfər ölüb
İraqda bir neçə bomba hücumunda azı 8 nəfər həlak olub, 20-dən çox adam yaralanıb.

Bağdadın cənubşərqində yerləşən Diyala şəhərinin polisi deyir ki, iyulunda 19-da yolkənarına qoyulmuş bomba partlayıb, 4 nəfər həlak olub, 9 nəfər yaralanıb.

Bağdadın şərqində isə yenə də yolkənarına qoyulmuş bombadan 2 nəfər ölüb, 8 nəfər yaralanıb

Nahravan məhəlləsində törədilən partlayışda isə 2 nəfər həlak olub, 6 nəfər yaralanıb.

Bu hücumlara görə məsuliyyəti üzərinə götürən olmayıb. Ancaq son aylar Bağdadda və ətrafında oxşar hücumlara görə İslam Dövləti silahlı qruplaşması məsuliyyət daşıdığını bəyan edib.

Geri dön