Ana Sayfa > Dünya > ABŞ Ukrayna əsgərlərinə təlim keçəcək

ABŞ Ukrayna əsgərlərinə təlim keçəcək


14-07-2015, 10:56. Yazar: admin
ABŞ Ukrayna əsgərlərinə təlim keçəcək
Birləşmiş Ştatlar növbəti bir neçə ay ərzində Ukrayna ordusunun əsgərlərinə təlim keçmək planlarını müzakirə edir. Bu addım Rusiya ilə gərginliyi artıra bilər.

Avropada ABŞ ordusunun komandanı, general leytenant Ben Hodges deyib ki, bu plan ABŞ-ən mövcud təlim proqramını genişləndirəcək. Həmin proqram Ukrayna daxili işlər nazirliyində işləyən Milli Qvardiya əsgərləri üçün həyata keçirilir.

350-dək ABŞ əsgəri hazırda döyüş zonasında olmayan qvardiyaçılara təlim keçir.

Ukrayna şərqdə münaqişə zonasına 64 min əsgər yerləşdirib. Onlara qvardiyaçılar də daxildir.

Geri dön