Ana Sayfa > Dünya > AKP təkbaşına iqtidar olmaq hazırlığına başladı – Erkən seçki

AKP təkbaşına iqtidar olmaq hazırlığına başladı – Erkən seçki


9-07-2015, 12:08. Yazar: admin
AKP təkbaşına iqtidar olmaq hazırlığına başladı – Erkən seçki
Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) ölkədə erkən seçki ehtimalını nəzərə alaraq sorğu keçirib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti yazıb. Aparılan sorğunun nəticəsinə görə, partiyanın səsləri 41 faizdən 46 faizə yüksəlib və buna uyğun olaraq, hazırlıq işlərinə başlanılıb:

“AKP-də erkən seçkinin noyabrda keçirilməsi planlaşdırılır. Ancaq partiya seçkinin 15-16 noyabr tarixlərində keçiriləcək G-20 zirvəsinə görə 8 və yaxud 22 noyabrda baş tutmasını istəyir. Çünki G-20 kimi böyük bir toplantının olduğu həftə seçkinin keçirilməsi münasib deyil”.

Qeyd edək ki, bu səs faizləri AKP-ni təkbaşına iqtidar edəcək.

Geri dön