Ana Sayfa > Dünya > Yunanıstanda banklar altı günlük bağlanır

Yunanıstanda banklar altı günlük bağlanır


29-06-2015, 11:31. Yazar: admin
Yunanıstanda banklar altı günlük bağlanır
İyunun 28-də gecə Yunanıstanın baş naziri Alexis Tsipras elan edib ki, ölkə bankları növbəti altı iş günü ərzində bağlı qalacaq, banklardan pul çıxarılmasını əngəlləmək üçün kapital nəzarəti tətbiq olunacaq.

Bu tədbirlər Yunanıstan maliyyə sabitliyi şurasının iclasında razılaşdırılıb. Beynəlxalq kreditorlar ölkənin borcu üçün vaxtı uzatmayıb. Qoyulmuş vaxt iyunun 30-da bitir. Tsipras iyunun 26-da qəfildən elan edib ki, ölkəyə borc verilməsinin şərtlərinə dair referendum keçiriləcək. Bundan sonra yunanlar banklardan və ATM-lərdən pullarını çıxarmağa başlayıblar.

Yunanıstan iyunun 30-dək Beynəlxalq Valyuta Fonduna (BVF) 1.7 milyard dollarlıq borcunu ödəməlidir. Vaxta bircə gün qalır, defolt təhlükəsi və ya avrozonadan çıxmaq ehtimalı güclənir. Tsipras deyib ki, borc müddətinin az da olsa uzadılması xahişini bir də irəli sürəcək. BVF iyunun 28-də bildirib ki, böhrana nəzarət edir və Yunanıstana yardım göstərməyə hazırdır.

Geri dön