Ana Sayfa > Dünya > İsraildə seçkilərin ilkin nəticələri: Netanyahu irəlidədir

İsraildə seçkilərin ilkin nəticələri: Netanyahu irəlidədir


18-03-2015, 09:59. Yazar: admin
İsraildə seçkilərin ilkin nəticələri: Netanyahu irəlidədir
İsrailin baş naziri Binyamin Netanyahunun liderlik etdiyi “Likud” partiyası ötən gün keçirilən seçkilərin ilkin nəticələrinə görə, seçicilərin 23,73%-ni toplayıb.

Bu barədə AzVision.az “BBC”yə istinadən xəbər verir.

Netanyahunun əsas rəqibi İtsaxaq Hertsoqun rəhbərlik etdiyi “Sionist Düşəgəsi” isə səslərin 19,06 %-ni toplayıb.

Üçüncü yerdə isə Birləşmiş Ərəb siyahısı olandan namizədlər səslərin 9,63 faizini toplayıb.
Qeyd edək ki, hazırda bülletenlərin 70% sayılıb. “Haaretz” qəzetinin məlumatına görə, Knessetin 20-cı çağırışında “Likud” 29 yer, “Sionist düşərgə” isə 24 yer tutub.

Qeyd edək ki, İsrail Knessetindəki 120 yer uğrunda 25 partiya mübarizə aparıb.

Geri dön