Ana Sayfa > Dünya > Ali Rada Donbasın statusuna dair qanun layihəsinə baxır

Ali Rada Donbasın statusuna dair qanun layihəsinə baxır


17-03-2015, 11:12. Yazar: admin
Ali Rada Donbasın statusuna dair qanun layihəsinə baxır
Martın 17-də Ukraynanın Ali Radası Donbasın ayrı-ayrı rayonlarının özünüidarəetməsinə dair qanun layihəsinə baxır.

Layihəni parlamentə Prezident Petro Poroshenko təqdim edib. Onun sözlərinə görə, Donetsk və Luqansk rayonlarının özünüidarəçiliyi barədə qanun həmin ərazilərdə Ukraynanın suverenliyini bərpa edir. Xüsusi idarəçilik yerli idarəetmə orqanlarına demokratik seçkilərdən sonra həyata keçəcək.

Minsk sazişinə uyğun olaraq, Ali Rada martın 14-dək Donbasın rayonlarına xüsusi siyasi və iqtisadi status verməliydi.

Ötən həftə separatçılar belə bir hədə irəli sürüblər ki, Ali Rada bu şərtin icrasını yubatsa, atəşkəs pozula bilər. Martın 12-də Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası Donbasın xüsusi status veriləcək rayonlarının sərhədlərini razılaşdırıb.

Geri dön