Ana Sayfa > Dünya > ABŞ-da kilsəyə silahlı basqın olub, 9 nəfər ölüb

ABŞ-da kilsəyə silahlı basqın olub, 9 nəfər ölüb


18-06-2015, 11:03. Yazar: admin
ABŞ-da kilsəyə silahlı basqın olub, 9 nəfər ölüb
ABŞ-ın Cənubi Karolina ştatında naməlum şəxs kilsəyə silahlı basqın edib, 9 nəfər ölüb.

Rəsmi məlumata görə, olay tarixi Afrika-Amerika kilsəsində iyunun 18-I səhər saatlarında baş verib. Səkkiz nəfər elə hadisə yerində qətlə yetirilib, biri isə sonradan dünyasını dəyişib.

Yaralılar da var, onlar xəstəxanaya yerləşdirilib.

Polis hazırda hadisəni törətməkdə şübhəli bilinən təxminən 20 yaşlı ağdərili gənci axtarır.

Olay baş verən zaman kilsədə dua etməyə gələn insanlar olub.
Sözügedən kilsə Amerikada ən qədim tarixə malik kilsələrdən biridir.

Geri dön