Ana Sayfa > Dünya > Qazaxıstan DTT-yə üzv olur

Qazaxıstan DTT-yə üzv olur


11-06-2015, 10:22. Yazar: admin
Qazaxıstan DTT-yə üzv olur
Dünya Ticarət Təşkilatı (DTT) Qazaxıstanın bu birliyə qoşulması üçün imzalanacaq sazişin şərtləri üzrə danışıqları yekunlaşdırıb.

ANS PRESS-in xəbərinə görə, bu barədə təşkilat məlumat yayıb.

Bildirilir ki, Qazaxıstan tərəfdən danışıqları iqtisadiyyat naziri Zanar Aitzanova aparıb və danışıqlar çox uğurlu alınıb.

DTT-nin baş katibi Roberto Azevedo təşkilat üzvlərini və Qazaxıstan hökumətini bu tarixi addım münasibətilə təbrik edib: "Qazaxıstanı DTT-də qarşılamağı səbirsizliklə gözləyirəm."

Ekspertlərin fikrincə, bu razılaşma çox mürəkkəb prosesdən keçib. Çünki Qazaxıstan Rusiya ilə sıx iqtisadi əməkdaşlığa malikdir. Digər tərəfdən, Avrasiya İqtisadi İttifaqına qoşulması da DTT-yə qəbul məsələsində müəyyən çətinliklər yarada bilərdi. Bu baxımdan, rəsmi Astana tarif məsələsində dəyişikliklər etməli idi. Görünən odur ki, Qazaxıstan qarşısında qoyulan öhdəlikləri yerinə yetirib.

Xatırladaq ki, Qazaxıstan 20 ildir bu quruma üzv olmağa çalışır. DTT üzvlüyü paketinə son olaraq iyunun 22-də baxılacaq.

Geri dön