Ana Sayfa > Dünya > Saakaşvilinin adamı: “Qərb bizim qarantımızdır”
Saakaşvilinin adamı: “Qərb bizim qarantımızdır”28-05-2015, 09:58. Yazar: admin |
“Gürcüstan üçün ən böyük təhdid qərbyönlü xarici siyasət kursunun laxtalanmasıdır”. Bu sözləri Axar.az-a açıqlamasında Gürcüstanın eks-deputatı Ramin Bayramov deyib. Onun sözlərinə görə, Qərb hazırda Gürcüstanın yeganə qarantıdır: “Gürcüstan avroatlantika cəmiyyətinə tərəf addımladığı bütün dövrlər ərzində qonşusu Rusiyadan hər zaman ona qarşı yönələn təhlükələrlə üz-üzə qalıb. Gürcü cəmiyyəti Kremlin siyasətinə uzun müddət ümidlə və inamla yanaşıb. Amma Tiflisin güzəştlərinə qarşı Moskva hər zaman onun vacib maraqlarına laqeydliklə yanaşıb, onun suverenliyi və ərazi bütövlüyünə heç bir hörmət göstərməyib. Sözsüz ki, gürcü xalqının səbri sonunda daşmalı oldu. Kremlin hərəkətləri qırmızı xəttin keçilməsi ilə nəticələndi. Müharibə oldu, qan töküldü və 20% ərazi işğal edildi. Müstəqillik üçün gürcü cəmiyyəti həddən artıq çox əvəz ödəyib. Doğrudur, bu gün Gürcüstanda Kreml tərəfindən təşkil olunmuş o qədər də böyük olmayan beşinci kolon var. Bəli, bu gün biz rəhbərlikdə rusiyayönlü siyasətçilər və məmurları görürük. Lakin bütün səylərə baxmayaraq, Gürcüstanı Qərbdən döndərmək mümkün deyil. Hətta faciə belə olsa, onu reallaşdırmaq mümkün olmayacaq. Qərb hazırda Gürcüstanın yeganə qarantıdır”. Geri dön |