Ana Sayfa > Dünya > Peskov: Rusiya, ABŞ və Ukrayna arasında danışıqların yeni raundu gələn həftə keçiriləcək

Peskov: Rusiya, ABŞ və Ukrayna arasında danışıqların yeni raundu gələn həftə keçiriləcək


Dünən, 15:00. Yazar: admin


Rusiya, ABŞ və Ukrayna arasında danışıqların yeni raundu gələn həftə keçiriləcək.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Kremlin danışıqların dəqiq tarixləri və yerini daha sonra açıqlayacağını qeyd edib.

Qeyd edək ki, "Politico" nəşri danışıqların Əbu-Dabi və ya Mayamidə keçiriləcəyi barədə məlumat yayıb.
Geri dön