Ana Sayfa > Dünya / Hadisə > Türkiyə ərazisinə daha bir PUA düşüb
Türkiyə ərazisinə daha bir PUA düşüb20-12-2025, 15:20. Yazar: admin |
|
Türkiyənin Balıkəsir vialyətinin Manyas qəsəbəsinə bağlı Salur məhəlləsində bir pilotsuz uçuş aparatı (PUA) boş bir əraziyə düşüb. APA-nın Türkiyə bürosu xəbər verir ki, bölgədə işləyən fermerlər tərəfindən tapılan PUA təhlükəsizlik qüvvələrinə təhvil verilib. Məlumata görə, PUA-nın düşdüyünü görən vətəndaşlar vəziyyəti əlaqədar qurumlara bildiriblər. Hadisə yerinə gələn əməkdaşlar ətrafda təhlükəsizlik tədbirləri görərək PUA üzərində araşdırma aparıb. Hələlik Rusiya mənşəli olub-olmadığı dəqiqləşməyən pilotsuz uçuş aparatı ətraflı texniki yoxlama üçün Ankaraya göndərilib. Hadisə ilə bağlı istintaqın davam etdiyi bildirilir. Geri dön |