Ana Sayfa > Dünya > Alimlər Yerə yaxınlaşan yadplanetli obyektdən ilk siqnalı tutublar
Alimlər Yerə yaxınlaşan yadplanetli obyektdən ilk siqnalı tutublarDünən, 09:13. Yazar: admin |
|
Alimlər Yer kürəsinə tədricən yaxınlaşan 3I/ATLAS kosmik obyektindən ilk radiosiqnalı 1665 MHz və 1667 MHz xətlərində tutmağa müvəffəq olublar. Oxu.Az bu barədə "The Astonomer 's Telegram" portalına istinadən xəbər verir. Radiosiqnal oktyabrın 24-də Cənubi Afrikada yerləşən "MeerKAT" radioteleskopu vasitəsilə tutulub. Harvard Universitetinin alimi Avi Loeb bildirib ki, 2026-cı il martın 26-da 3I/ATLAS Yupiterin yanından keçərkən, "Yunona" kosmik aparatı obyektdən aşağıtezlikli siqnal tutmağa çalışacaq. 3I/ATLAS kosmik obyekti 1 iyul tarixində görünüb. Daha sonra alimlər müəyyən ediblər ki, bu, başqa bir ulduz sistemindən olan kometadır. Həmçinin obyektin təxminən 7,5 milyard yaşında olduğu müəyyən edilib, yəni Günəşdən 3 milyard il böyükdür. Geri dön |