Ana Sayfa > Dünya / Siyasət > ABŞ Prezidenti Ukrayna münaqişəsinin tənzimlənməsinə nail olacağına əmindir
ABŞ Prezidenti Ukrayna münaqişəsinin tənzimlənməsinə nail olacağına əmindirDünən, 21:24. Yazar: admin |
![]() ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin sülh yolu ilə tənzimlənməsinə nail ola biləcəyinə əmindir. APA-nın xəbərinə görə, Donald Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb. Donald Tramp qeyd edib ki, ABŞ və Rusiya arasında böyük ticarət potensialı mövcuddur: “Düşünürəm ki, biz Rusiya ilə vəziyyəti tənzimləyə bilərik. Bu, asan deyil. Müharibə var, amma ticarət üçün də əla imkanlar var”. O, həmçinin Rusiya Prezidenti Vladimir Putinlə “yaxşı münasibətlərinin” davam etdiyini bir daha vurğulayıb. Geri dön |