Ana Sayfa > Dünya > 130 ölkə gömrük rüsumları ilə bağlı ABŞ-yə müraciət etdi

130 ölkə gömrük rüsumları ilə bağlı ABŞ-yə müraciət etdi


13-04-2025, 22:24. Yazar: admin


ABŞ-yə müraciət edərək gömrük rüsumları barədə danışıqlar aparmaq istəyən ölkələrin sayı 130-a çatıb.

Vetikal.az Oxu.Az-a istinadla xəbər verir ki, bunu Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hassett CNN-ə müsahibəsində bildirib.

O həmçinin ABŞ-nin bu ölkələr üçün idxal rüsumlarını 10%-ə endirdiyini deyib.

Hassett Çinlə ticarət münaqişələrinin həlli prosesinin davam etdiyini, lakin bunun ilkin mərhələdə olduğunu vurğulayıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp aprelin 9-da 185 ölkə və regiondan idxal olunan mallara gömrük rüsumları tətbiq edib.
Geri dön