Ana Sayfa > Dünya / Hadisə > İsrail HƏMAS-ın snayper dəstəsinin komandir müavinini zərərsizləşdirib
İsrail HƏMAS-ın snayper dəstəsinin komandir müavinini zərərsizləşdirib13-04-2025, 22:19. Yazar: admin |
![]() İsrail Ordusu Qəzza zolağının Deir əl-Balah bölgəsində HƏMAS qruplaşmasının snayper dəstəsinin komandir müavini Ubeyd Naim əl-Xədhud Musanın zərərsizləşdirildiyini açıqlayıb. Vertikal.az APA-ya istinadla xəbər verir ki, bu barədə Ordunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Ubeyd Naim əl-Xədhud Musa HƏMAS-ın Deir əl-Balah bölgəsindəki snayper dəstəsinin rəhbərinin müavini olub. Bildirilib ki, o, hərəkətdə olan avtomobilində hədəf alınaraq məhv edilib. Geri dön |