Ana Sayfa > Dünya > Şolts Kiyevə əlavə yardım paketinin Bundestaqda seçkilərdən əvvəl qəbul ediləcəyinə ümid etmir
Şolts Kiyevə əlavə yardım paketinin Bundestaqda seçkilərdən əvvəl qəbul ediləcəyinə ümid etmirDünən, 17:59. Yazar: admin |
Almaniya kansleri Olaf Şolts fevralın 23-də keçiriləcək növbədənkənar parlament seçkilərinə qədər Kiyevə 3 milyard avro həcmində əlavə hərbi yardım paketinin ayrılması barədə qərarın qəbul ediləcəyinə ümid etmir. “Report” TASS-a istinadən xəbər verir ki, o, bu barədə Berlində İsveçin Baş naziri Ulf Kristerssonla danışıqların yekunlarına dair mətbuat konfransında deyib. Kansler qeyd edib ki, Kiyevə əlavə silah tədarükünü yalnız borc əyləcinin zəiflədilməsi (büdcəyə daxil olandan daha çox vəsait xərcləməyi qadağan edən qayda) halında təsdiqləyəcək. "Bunu Almaniyanın hər yerində ixtisarlara əl atmadan maliyyələşdirməyin yeganə yolu əlavə kreditdir", - o bildirib. "Əslində, bu, demək olar ki, ətrafımızdakı hər bir ölkənin getdiyi yoldur", - Şolts əlavə edib. Geri dön |