Ana Sayfa > Dünya > Bayden ABŞ-dəki terror hücumları mövzusunda çıxışına zarafatla başladı

Bayden ABŞ-dəki terror hücumları mövzusunda çıxışına zarafatla başladı


3-01-2025, 16:28. Yazar: admin


ABŞ-nin hazırkı Prezidenti Co Bayden Nyu-Orlean və Las-Veqasdakı terror aktlarından sonra ilk dəfə ictimai bəyanatla çıxış edib, lakin nitqindən əvvəlki hərəkəti sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Oxu.Az-ın verdiyi məlumata görə, onun çıxışını yanvarın 3-də Ağ Ev yayımlayıb.

Kadrlardan görünür ki, Bayden xalqına Yeni ilin ilk günlərində ölkəni sarsıdan hadisə ilə bağlı müraciətinə başlayarkən gözlənilmədən zarafat edib.

"Əminəm ki, siz mənim nəhayət gəldiyimə görə əl çalırsınız", - deyə o bildirib.

Bu sözlər zalda gülüşə səbəb olub.
Geri dön