Ana Sayfa > Dünya > ABŞ Ukraynaya hərbi yardımı azaldıb
ABŞ Ukraynaya hərbi yardımı azaldıb29-12-2024, 11:54. Yazar: admin |
Birləşmiş Ştatlar 2024-cü ildə Ukraynaya yardımın həcmini ötən illə müqayisədə azaldıb. Oxu.Az-ın məlumatına görə, bu, Pentaqonun hesabatından aydın olub. Sənədə əsasən, 2024-cü ildə ABŞ-nin Kiyevə hərbi yardımının həcmi təxminən 19.5 milyard dollar təşkil edib. Bu 2023-cü illə müqayisədə azdır - keçən il Ukraynaya yardımının həcmi 24.7 milyard dollar təşkil edib (2022-ci ildə isə 19.875 milyard dollar). Hesabata görə, yardımın əhəmiyyətli hissəsi Ukraynanın HHM-nin gücləndirilməsinə yönəlib. Belə ki, cari il ərzində Ukrayna Silahlı Qüvvələrinə verilən "NASAMS" və "Patriot" HHM kompleksləri üçün raketlərin həcmi əhəmiyyətli dərəcədə artıb. Geri dön |