Ana Sayfa > Dünya / Siyasət > Tramp: Harris qalib gələcəyi təqdirdə ABŞ-də “iqtisadi depressiya” yaşanacaq

Tramp: Harris qalib gələcəyi təqdirdə ABŞ-də “iqtisadi depressiya” yaşanacaq


3-11-2024, 10:59. Yazar: admin


Prezidentliyə namizəd Kamala Harris qalib gəlsə, Birləşmiş Ştatlar 1929-cu ildəki kimi “iqtisadi depressiya” ilə qarşılaşacaq.

Vertikal.az APA-ya istinadla xəbər verir ki, Respublikaçı namizəd Donald Tramp bunu noyabrın 2-də Şimali Karolina ştatının Qastoniya şəhərində keçirilən mitinqdə deyib.

“Kamala Harris qalib gəlsə, yəqin ki, milyonlarla insan öləcək. Bu, xeyriyyə tədbiri deyil - bu, dünyanın ən böyük və ən çətin vəzifəsinə seçkidir”, - Tramp vurğulayıb.
Geri dön