Ana Sayfa > Dünya > "YouTube"da çoxdan gözlənilən YENİLİK

"YouTube"da çoxdan gözlənilən YENİLİK


4-10-2024, 07:59. Yazar: admin


"YouTube" video platforması öz rəsmi bloquna görə "Shorts" adlandırılan qısa videoçarxlarının maksimum uzunluğunu üç dəqiqəyə qədər artıracaq.

Vertikal.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Oktyabrın 15-dən etibarən siz üç dəqiqəyə qədər "Shorts" yükləyə biləcəksiniz", - məlumatda bildirilir.

"YouTube"un məlumatına görə, şirkət qısa videoçarxların uzunluğunu artırmaq qərarına gəlib, çünki bu, məzmun yaradıcılarına edilən ən çox müraciət olub. Bununla belə, dəyişikliklər oktyabrın 15-dən əvvəl platformaya yüklənmiş videolara aid edilmir.

Digər bir yenilik portalın əsas lentində "Shorts"ların sayını azaltmaq imkanı olacaq.
Geri dön