Ana Sayfa > Dünya > KİV: İsrail Qəzzada uzunmüddətli mövcudluq üçün infrastruktur yaradır

KİV: İsrail Qəzzada uzunmüddətli mövcudluq üçün infrastruktur yaradır


31-08-2024, 10:36. Yazar: admin


İsrail Qəzza zolağında uzunmüddətli hərbi mövcudluq üçün xüsusi dəhlizlər şəklində infrastruktur yaradır.

Vertikal.az APA-ya istinadla xəbər verir ki, bu barədə “Sky News“ telekanalı məlumat yayıb.

“İsrailin Qəzzada infrastruktur inşa edə biləcəyinə dair sübutlar var ki, bu da uzunmüddətli hərbi mövcudluq planlarının əlamətidir. Bir neçə ay ərzində toplanmış peyk şəkilləri Qəzza zolağının şimalında yeni dəhlizin yaradılmasını qeydə alıb. Bu dəhliz İsraillə sərhəddən Beyt Hanun şəhərinin kənarına qədər uzanır”, - telekanal “Forensic Architecture” analitik şirkəti tərəfindən toplanmış peyk görüntülərinə istinad edərək qeyd edir.

Qeyd olunur ki, İsrail ordusu hərbi fəaliyyət məqsədilə əlverişli dəhliz yaratmaq üçün əvvəlki tikililərin qalıqlarını buldozerlərlə söküb.
Geri dön