Ana Sayfa > Dünya / Siyasət > Qərb Ukraynanın Kursk bölgəsinə hücumunu bəyəndi - “Politico”

Qərb Ukraynanın Kursk bölgəsinə hücumunu bəyəndi - “Politico”


10-08-2024, 10:56. Yazar: admin


NATO yardımı ilə silahlanmış Ukrayna qoşunlarının Kursk vilayətinin sərhəd bölgəsinə hücumu Qərbdən, ilk növbədə Almaniya və ABŞ-dan razılıq alıb.

Bizimyol.info xəbər verir ki, bu fikri “Politico” qəzetinin Avropa nəşri bildirib.

Nəşr istisna etmir ki, Kiyevin hərəkətləri “Ukraynaya öz silahları ilə Rusiya ərazisinə zərbələr endirməkdən çəkinən” dövlətlərin “siyasətinin dəyişməsinə gətirib çıxara bilər”.

“Politico” vurğuladı ki, nə Berlindən, nə də Vaşinqtondan Kiyevə öz hərəkətlərini məhdudlaşdırmaq üçün təzyiq etdiklərinə dair “heç bir siqnal” verilməyib.

Eyni zamanda qəzet xatırladıb ki, Almaniya kansleri Olaf Şolz hələ də Almaniyanın “Taurus” qanadlı raketlərini Ukraynaya verməkdən imtina edir.

Bizimyol.info
Geri dön