Ana Sayfa > Dünya > Yəhya Sinvar İsraillə atəşkəs imzalamaq istəyir

Yəhya Sinvar İsraillə atəşkəs imzalamaq istəyir


9-08-2024, 11:35. Yazar: admin


HƏMAS-ın Siyasi Bürosunun yeni rəhbəri Yəhya Sinvar Tehranla Təl-Əviv arasında vəziyyət gərginləşənə qədər İsraillə atəşkəs imzalamaqda və girovların azad edilməsi ilə bağlı razılığa gəlməkdə maraqlıdır.

Vertikal.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə İsrail televiziyasının "12-ci kanalı" HƏMAS-dakı mənbələrə istinadən məlumat yayıb.

Mənbə iddia edir ki, Y.Sinvar Qəzza zolağından kənarda olan hərəkat rəhbərliyinin nümayəndələrinə mesaj göndərib.

Y.Sinvar mesajında ​​HƏMAS-ın Qətərdəki rəhbərlik üzvlərindən İsraillə danışıqlar prosesinə qarışmamağı istəyib. HƏMAS rəhbəri hesab edir ki, danışıqlarda hərəkatın münaqişədən bir müddət əvvəl Qəzza sektorunu tərk edən rəhbərləri iştirak etməlidirlər.

Qəzza zolağı

Geri dön