Ana Sayfa > Dünya / Siyasət > Tramp: Harrisin IQ səviyyəsi aşağıdır, digər liderlərlə rəqabət apara bilməz

Tramp: Harrisin IQ səviyyəsi aşağıdır, digər liderlərlə rəqabət apara bilməz


4-08-2024, 17:07. Yazar: admin


Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp demokratların namizədi, Vitse-prezident Kamala Harrisin İQ səviyyəsi çox aşağı olduğunu bəyan edib.

APA-nın xəbərinə görə, Donald Tramp bu barədə “Truth Social”-da paylaşım edib.

Sabiq prezident hesab edir ki, Kamala Harris İQ səviyyəsi çox aşağı olduğuna görə digər ölkələrin liderləri ilə rəqabət apara bilməz: "ABŞ-ın hakimiyyətdə bu cür insanlarla yenidən şansı yoxdur. Co Bayden kimi o da iki cümləni birləşdirə bilməz”.
Geri dön