Ana Sayfa > Dünya > Hərbi qeydiyyatdan imtina edən əcnəbilərin Rusiya vətəndaşlığı alınacaq

Hərbi qeydiyyatdan imtina edən əcnəbilərin Rusiya vətəndaşlığı alınacaq


2-08-2024, 13:48. Yazar: admin


Rusiyada vətəndaşlıq alan əcnəbilər hərbi qeydiyyatdan imtina etdikdə onların vətəndaşlığı ləğv ediləcək.

APA-nın TASS-a istinadən xəbərinə görə, bu barədə qanun Federasiya Şurasında təsdiqlənib.

Sənədə əsasən, daxili işlər orqanları ölkə vətəndaşlığını almış kişi cinsindən olan əcnəbilər barədə məlumatları müvafiq elektron reyestrə daxil etmək tapşırılıb.

Qanuna əsasən vətəndaşlıq hüququ verilən şəxslər dərhal yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müraciət etməlidir.

Analoji qanun Ukraynadakı müharibəyə göndərilən Rusiya vətəndaşlarının ailələrindən daxil olan narazılıqlardan sonra gündəmə gətirilib. Sakinlər müraciətlərində bu cür sosial-ictimai ayrı-seçkiliyin cəmiyyətin əhval-ruhiyyəsinə mənfi təsir etdiyini əsas gətirərək, sonradan Rusiya vətəndaşı olmuş əcnəbilərin hərbi uçota alınmasını tələb ediblər.

Qeyd edək ki, indiyədək mövcud normalara görə hüquq-mühafizə orqanlarına yanlış informasiyanın verilməsi, konstitusiyanın və digər qanunların pozulması, cinayət və Rusiyada milli təhlükəsizliyi təhdid edən əməllərin törədilməsi Rusiya vətəndaşlığının ləğvinə səbəb olan hallar sırasında göstərilib.
Geri dön