Ana Sayfa > Dünya > Kim Çen Inın sağlamlığı təhlükə altındadır: Varisi kim olacaq?
Kim Çen Inın sağlamlığı təhlükə altındadır: Varisi kim olacaq?29-07-2024, 18:14. Yazar: admin |
KXDR lideri Kim Çen Inın qızı Cu E atasını respublikanın başçısı kimi əvəz etməyə hazırlaşır. Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Renhap" agentliyi Cənubi Koreya Milli Kəşfiyyat Xidmətinin hesabatına istinadla məlumat yayıb. Bildirilir ki, Şimali Koreya liderinin artıq çəki səbəbindən sağlamlıq problemləri yarana bilər. Cənubi Koreya hakimiyyəti iddia edir ki, Kim Çen In 140 kq çəkiyə malikdir və ciddi piylənmədən əziyyət çəkir. Onun bədən kütləsi indeksi təxminən 40-dır - bu standartdan (25) xeyli yüksəkdir və onu ürək-damar xəstəlikləri baxımından yüksək risk qrupuna daxil edir. Kəşfiyyat iddia edir ki, KXDR hakimiyyəti Cu Enin varis olacağına işarə edir. "Hökumət onun xarici dünya ilə əlaqələrinin tezliyini və qeyri-ictimai fəaliyyətini tənzimləyir. Cu E 60%-dən çox hallarda atasını hərbi tədbirlərdə müşayiət edib. İqtisadi fəaliyyətdə yalnız qismən iştirakı görünüb", - deyə məlumatda qeyd olunub. Eyni zamanda, kəşfiyyat KXDR liderinin varisinin dəyişə biləcəyini istisna etmir. Cu E 2022-ci ilin noyabrından etibarən atası ilə birlikdə müntəzəm olaraq təntənəli və hərbi tədbirlərdə görünməyə başlayıb. Kim Çen Inın qızını varis kimi seçməsi barədə Koreya Respublikasının Birləşmə Nazirliyi hələ martda məlumat verib. Yeri gəlmişkən, iyulda Kim Çen In Koreya Qadınlarının Sosialist İttifaqı MK-nın sədri Kim Çen Sunu Koreya Əmək Partiyasının ictimai təşkilatlar şöbəsinin rəhbəri təyin edib ki, bu da cənubi koreyalı analitiklərin fikrincə, misligörünməmiş addım olub - əvvəllər bu məsul vəzifəyə yalnız kişilər təyin edilirdi. [img]https://vertikal.az/uploads/posts/2024-07/eqzlxs5phngpxc7ryalh8pvkjlqqsjeoajkcbrvi-640.webp[/img Geri dön |