Ana Sayfa > Dünya / Hadisə > Moskvada teatr binasında həyəcanlı anlar: Tamaşaçılar təxliyə edildilər

Moskvada teatr binasında həyəcanlı anlar: Tamaşaçılar təxliyə edildilər


18-05-2024, 23:09. Yazar: admin
Moskvada teatr binasında həyəcanlı anlar: Tamaşaçılar təxliyə edildilər

Rusiyanın paytaxtı Moskvada yerləşən "Bolşoy Teatr"da tamaşa zamanı binanın həyəcan siqnalı işə düşüb.

Nəticədə 1 000-ə yaxın insan binanı təcili tərk etmək məcburiyyətində qalıb.

Hadisə yerinə gələn yanğınsöndürənlər tüstü və yanğın aşkar etməyiblər. Qısa araşdırmadan sonra məlum olub ki, yalançı həyəcan təbili işə düşüb.

Hadisə zamanı xəsarət alan olmayıb.
Geri dön