Ana Sayfa > Dünya > Netanyahu: “HƏMAS-ın 24 batalyonundan 20-sini məhv etmişik”
Netanyahu: “HƏMAS-ın 24 batalyonundan 20-sini məhv etmişik”10-05-2024, 11:47. Yazar: admin |
“İsrail ordusu radikal HƏMAS hərəkatının 24 batalyonundan 20-ni məhv edib”. Bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu deyib. İsrail hökumətinin başçısı deyib ki, hazırda İsrail ordusunun əsas vəzifəsi HƏMAS-ın Rəfahda olan daha dörd batalyonunu məhv etməkdir. “Buna görə Rəfaha girmək istəyirik, çünki onları orada qoya bilmərik”, - deyə B.Netanyahu söyləyib. B.Netanyahu, həmçinin Rəfahda əməliyyat zamanı İsrailin çox güclü müqavimətlə qarşılaşacağını da qeyd edib, lakin ölkə ordusunun bunun öhdəsindən gələcəyinə əmin olduğunu vurğulayıb. Mənbə: Merit Street Media Geri dön |