Ana Sayfa > Dünya / Hadisə > Türkiyədə 5,6 maqnitudalı zəlzələ olub, bəzi evlər zərər görüb
Türkiyədə 5,6 maqnitudalı zəlzələ olub, bəzi evlər zərər görüb18-04-2024, 19:34. Yazar: admin |
Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda 5,6 maqnitudalı zəlzələ baş verib. APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə AFAD məlumat yayıb. Qeyd olunub ki, zəlzələ yerli vaxtla 18:11-də, 5,99 km dərinlikdə qeydə alınıb. Sulusaray rayonunun bələdiyyə sədri bildirib ki, bir kənddə bəzi evlər zərər görüb. Geri dön |