Ana Sayfa > Dünya / Siyasət > Tramp Baydeni debata çağırdı

Tramp Baydeni debata çağırdı


7-03-2024, 12:06. Yazar: admin


ABŞ-nin keçmiş prezidenti Donald Tramp hazırkı Prezident Co Baydeni debata çağırıb.

Bu barədə Tramp özünün “Truth Social” sosial şəbəkəsində yazıb.

“Ölkəmizin rifahı üçün Co Bayden və mənim ABŞ və xalqımız üçün çox vacib olan məsələləri müzakirə etməyimiz vacibdir. Buna görə də mən həmişə, hər yerdə, istənilən məkanda debatlara çağırıram!” - deyə o qeyd edib.

Co Bayden jurnalistlərin Trampın çağırışı ilə bağlı şərh verməsi xahişinə maraqlı tərzdə cavab verib.

“Onun yerində olsaydım, mən də özümlə müzakirələr etmək istərdim. Onun edəcək başqa işi yoxdur”, - deyə Bayden bildirib.

Mənbə: Gazeta.ru
Geri dön