Ana Sayfa > Dünya / Hadisə > Türkiyə hərbçiləri Yunanıstana keçməyə çalışan FETÖ üzvlərini ələ keçirdilər
Türkiyə hərbçiləri Yunanıstana keçməyə çalışan FETÖ üzvlərini ələ keçirdilər25-02-2024, 14:09. Yazar: admin |
Türkiyə hərbçiləri qeyri-qanuni yollarla Yunanıstana keçməyə çalışan 5 nəfəri ələ keçiriblər. Saxlanılanlardan 3-nün “Fətullahçı” Terror Təşkilatının (FETÖ) üzvü olduqları məlum olub. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən məlumat verilib. “Terrorla mübarizəmiz davam edir. Sərhəd qartallarımız ölkəmizdən qeyri-qanuni yollarla Yunanıstana keçməyə cəhd edən 5 nəfəri saxlayıb. Araşdırmalar nəticəsində tutulanlardan 3-nün FETÖ üzvləri olduqları müəyyən edilib”, - deyə nazirlikdən verilən açıqlamada qeyd edilib. Mənbə: Haber Global Geri dön |