Ana Sayfa > Dünya / Hadisə > Yaponiyada zəlzələ nəticəsində 24 nəfər ölüb
Yaponiyada zəlzələ nəticəsində 24 nəfər ölüb2-01-2024, 11:15. Yazar: admin |
Yaponiyada baş verən zəlzələ qurbanlarının sayı 24-ə çatıb. APA xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb. Təcili yardım xidmətlərinin məlumatına görə, azı 50 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İşikavada vəziyyət ən ağırdır. Orada 200-dən çox ev yanıb, 50-dən çox bina uçub. Yaponiyada baş verən zəlzələlər nəticəsində azı 6 nəfər ölüb, 40-dan çox insan müxtəlif dərəcəli xəsarətlər alıb. APA xəbər verir ki, bu barədə Yaponiya İctimai televiziyası məlumat yayıb. Qeyd edilir ki, ölənlərin hamısı yeraltı təkanların ən çox hiss olunduğu və ən böyük dağıntılara səbəb olduğu İşikava prefekturasının sakinləridir. Bu rayonda taxta evlərin və yaşayış binalarının azı 50 faizi uçub, dağıntılar altında hələ də insanların ola biləcəyi ehtimal edilir. Yaponiyanın mərkəzi hissəsində baş verən silsilə güclü zəlzələlər nəticəsində İşikava prefekturasında 4 nəfər ölüb. APA-nın məlumatına görə, bu barədə Kyodo agentliyi rəsmi mənbələrə istinadən məlumat yayıb. Daha əvvəl dağılmış yaşayış binalarının dağıntıları altında iki nəfərin kliniki ölüm vəziyyətində olduğu bildirilirdi. İşikava və digər prefekturalarda azı 30 nəfər xəsarət alıb. Bu gün Yaponiyada zəlzələlərin yol açdığı dağıntılar nəticəsində 2 nəfər ölüb. APA-nın xəbərinə görə, bu barədə “Kyodo” agentliyi məlumat yayıb. İsikava əyalətində yaşayış binasının dağıntıları altından 2 nəfərin meyiti çıxarılıb. Son məlumatlara görə, bu gün 4 dəqiqə ara ilə baş verən 7,6 və 6,3 maqnitudalı zəlzələlər nəticəsində 30 kənd evi və İsikava əyalətində yaşayış binası çöküb. Geri dön |