Ana Sayfa > Dünya > Bayden Netanyahu ilə İsrail-Qəzza müharibəsini müzakirə edib

Bayden Netanyahu ilə İsrail-Qəzza müharibəsini müzakirə edib


24-12-2023, 00:01. Yazar: admin


ABŞ Prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.

Vertikal.az APA-ya istinadla xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Tərəflər İsraildə və Qəzza zolağında son günlər baş verən hadisələri müzakirə ediblər.

Telefon danışığının başqa təfərrüatları açıqlanmayıb.
Geri dön