Ana Sayfa > Dünya > Türkiyə ABŞ ilə F-16 qırıcılarının alınmasına dair danışıqları başa çatdırıb

Türkiyə ABŞ ilə F-16 qırıcılarının alınmasına dair danışıqları başa çatdırıb


16-12-2023, 23:35. Yazar: admin


Ankara F-16 qırıcılarının alınması ilə bağlı Vaşinqtonla danışıqları başa çatdırıb.

APA CNN Türk-ə istiandla xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​bildirib.

O qeyd edib ki, hökumət ABŞ-la dördüncü nəsil F-16 Block 70 qırıcılarının alınması ilə bağlı danışıqları yekunlaşdırıb.

Ankaranın 40 təyyarə almaq niyyətində olduğu bildirilir. Telekanalın xəbərinə görə, Vaşinqton türkiyəyə mövcud təyyarələrinin modernləşdirilməsində də yardım göstərə bilər.
Geri dön