Ana Sayfa > Dünya > Blinken dördüncü dəfə İsrailə səfər etdi

Blinken dördüncü dəfə İsrailə səfər etdi


30-11-2023, 11:01. Yazar: admin
Blinken dördüncü dəfə İsrailə səfər etdi

ABŞ dövlət katibi Antoni Blinken İsrailə səfər edib.

Bu, HƏMAS ilə münaqişənin gərginləşməsindən sonra onun Yaxın Şərq ölkəsinə dördüncü səfəri olub.

Amerikalı siyasətçinin təyyarəsi Təl-Əvivə enib.

Qeyd edək ki, daha əvvəl Dövlət Departamenti mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib ki, Blinken Yaxın Şərqə gələcək səfəri zamanı Fələstinin radikal HƏMAS hərəkatının girovlarının azad edilməsi ilə bağlı göstərilən səylər, eləcə də münaqişənin genişlənməsi təhlükəsinə dair məsələləri müzakirə edəcək.

“Haaretz”
Geri dön