Ana Sayfa > Dünya > İtaliyanın NATO-dakı keçmiş səfiri: “ABŞ böyük dünya dövləti rolunu itirir”
İtaliyanın NATO-dakı keçmiş səfiri: “ABŞ böyük dünya dövləti rolunu itirir”26-11-2023, 14:00. Yazar: admin |
“ABŞ böyük dünya dövləti rolunu itirir və Ukrayna böhranının ABŞ Prezidenti Co Bayden üçün nəticələri ciddi olacaq”. Bu fikirləri italiyalı politoloq, publisist, İtaliyanın NATO və Moskvadakı keçmiş səfiri Sercio Romano deyib. “Qorxuram ki, onun üçün nəticələri ciddi olacaq, çünki Birləşmiş Ştatlar böyük dünya dövləti rolunu itirir. O, İkinci Dünya müharibəsindən sonra əldə etdiyi nüfuzu puç edib və nə etmək istədiyi bəlli deyil. Yəni yuxu vəziyyətindədir”, - diplomat “La Stampa” qəzetinə müsahibəsində deyib. Politoloq əlavə edib ki, o, ABŞ-nin əvvəlki prezidenti Donald Trampın qayıdışına “ABŞ-nin tənəzzülünə inandığı qədər inanır”. Geri dön |