Ana Sayfa > Dünya > İstanbulda su təşvişi davam edir
İstanbulda su təşvişi davam edir7-11-2023, 11:55. Yazar: admin |
İstanbul şəhərində içməli su təminatına təhlükə daha da artıb. Noyabrın 6-da şəhəri su ilə təmin edən anbarlarda suyun həcmi görünməmiş həddə qədər azalaraq normanın cəmi 17,31 faizini təşkil edib. Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul meriyası son aylarda bir neçə dəfə şəhər əhalisinə sudan qənaətlə istifadə etmələri barədə çağırış edib. İstanbulun 10 su anbarında normada ilin bu vaxtında 868,7 milyon kubmetr su olmalıdır. Amma şənbə günü bu həcmin 17,8 faizi qalmışdısa, bazar ertəsinə qədər göstərici 17,3 faizə enib. İstanbul bələdiyyəsinin verdiyi məlumata görə, ən az su ehtiyatı Sazlıdərə anbarındadır – normanın 2,59 faizi həcmində. İstanbulda gündəlik su istehlakı 3 milyon kubmetrdən yüksəkdir. Geri dön |