Ana Sayfa > Dünya > Sergey Melikov: Dağıstanda sabitliyi pozmaq cəhdləri Ukraynadan olub

Sergey Melikov: Dağıstanda sabitliyi pozmaq cəhdləri Ukraynadan olub


30-10-2023, 10:57. Yazar: admin


Dağıstan Respublikasında sabitliyi pozmaq cəhdləri xaricdən, o cümlədən Ukraynayönümlü “Telegram” kanalları tərəfindən edilir.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə respublikasının rəhbəri Sergey Məlikov bildirib.

“Dağıstanda sabitliyi pozmaq cəhdləri, o cümlədən etnik ədavətin və dinlərarası problemlərin qızışdırılması ilə bağlı qadağan olunmuş üsullardan istifadə bizim düşmənlərimiz, ölkəmizin əleyhdarları tərəfindən həyata keçirilir”, - o deyib.

Məlikovun sözlərinə görə, rayon sakinlərini mitinqlərə çağıran “Telegram” kanallarından biri xaricdən idarə olunur.

“Bu gün biz tamamilə etibarlı məlumat aldıq ki, “Dağıstanın səhəri” kanalı Ukrayna ərazisindən - satqınlar, banderaitlər tərəfindən idarə olunur və tənzimlənir”, - deyə respublika rəhbəri əlavə edib.

O, həmçinin əlavə edib ki, Mahaçqala hava limanında iğtişaşlar nəticəsində iki polis əməkdaşı yaralanıb.
Geri dön