Ana Sayfa > Dünya > Şoyqu nüvə gücləri arasında hərbi toqquşmaya nəyin səbəb ola biləcəyini açıqlayıb
Şoyqu nüvə gücləri arasında hərbi toqquşmaya nəyin səbəb ola biləcəyini açıqlayıb30-10-2023, 10:54. Yazar: admin |
ABŞ-ın Koreya Respublikası və Yaponiya ilə təşkil etdiyi raket buraxılışları haqqında məlumat mübadiləsi Rusiya və Çini cilovlamaq məqsədi daşıyır. APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu Pekində keçirilən Syanşan Təhlükəsizlik Forumunda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Qərbin Rusiya ilə münaqişəni gərginləşdirmə xətti nüvə gücləri arasında hərbi toqquşmaya səbəb ola bilər: "Qərbin Rusiya Federasiyasına nüvə silahının tətbiqi həddinin azaldılması ilə bağlı iddiaları əsassızdır. Rusiyanın Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi ratifikasiyasını geri çağırması bu hərbi-strateji balans rejiminin məhv edilməsi anlamına gəlmir". Şoyqu vurğulayıb ki, Qərb hibrid müharibədə Rusiya Federasiyasını “strateji məğlubiyyət”ə uğratmaq kursunu götürüb. "Qərb gündəminə çəkilmək istəməyən ölkələrin dairəsi genişlənir. Qərb Avropada təhrik etdiyi böhranın münaqişə potensialını Asiya-Sakit okean regionuna yaymağa çalışır. Rusiya Asiya-Sakit okean regionunda maraqlı ölkələrlə hərbi və hərbi-texniki əməkdaşlığı, o cümlədən texnika tədarükünü və birgə təlimləri davam etdirmək əzmindədir", - deyə Rusiya MN başçısı qeyd edib. Geri dön |