Ana Sayfa > Dünya > İsrail Qəzza zolağı ilə sərhəddəki bütün şəhərlərə nəzarəti bərpa edib

İsrail Qəzza zolağı ilə sərhəddəki bütün şəhərlərə nəzarəti bərpa edib


9-10-2023, 13:14. Yazar: admin


İsrail əsgərləri Qəzza zolağı ilə sərhəddəki bütün şəhərlərə nəzarəti bərpa edib.

Vertikal.az APA-ya istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin sözçüsü kontr-admiral Daniel Həqari bildirib.

Qeyd olunub ki, son hadisələr və hərbi gərginlik fonunda ölkədə elan olunmuş səfərbərlik nəticəsində 48 saat ərzində 300 min nəfərə yaxın hərbçi ordu sıralarına cəlb edilib. Bu, İsrail tarixində ən böyük səfərbərlik kimi qeyd olunub.
Geri dön