Ana Sayfa > Dünya > Qarabağın erməni əsilli sakinlərini meydanlara töküb, Paşinyan hakimiyyətinə qarşı qaldırmağı planlayırlar

Qarabağın erməni əsilli sakinlərini meydanlara töküb, Paşinyan hakimiyyətinə qarşı qaldırmağı planlayırlar


27-09-2023, 13:36. Yazar: admin
Qarabağın erməni əsilli sakinlərini meydanlara töküb, Paşinyan hakimiyyətinə qarşı qaldırmağı planlayırlar

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə çıxışları zamanı vurğulayırdı ki, Qarabağın erməni əsilli sakinləri Azərbaycan vətəndaşlığını qəbul edəərk, Azərbaycan bayrağının altında Azərbaycan Konstitutsiya və qanunverciliyinə uyğun olaraq qalıb yaşaya bilər. Ölkə prezidenti böyük hümanistlik nümayiş etdirərək, onların təhlükəsizliyinə də təminat verdi. Ermənistandakı iqtisadi vəziyyət hər kəsə bəllidir. 30 ildən artıq işğal dövründə Qarabağda məskunlaşmış erməni əsilli sakinləri rahatlıqlarını, uzun illər yaşadıqları evləri buraxıb Ermənistana dönməyə nə vadar edir? Axı biz terrorçu deyilik, axı biz öldürmürük, bizə edilənlərə eyni üslubda qarşılıq vermirik - təcavüz edib, dərsini üzmürük, axı biz körpələri canından etmirik… Axı biz düşmənimizə yemək, su verən millətik. Axı biz minlərlə şəhidimizin olmasına rəğmən humanistik, axı biz bizə illərlə işgəncə etmiş qansız düşmənə qarşı eyni davranışı sərgiləmirik…
Bəzi ekspertlərin fikrincə, Qarabağın erməni sakinlərini Qarabğadan çıxmağa müxtəlif təşkilatlar məcbur edir ki, sonradan Azərbaycanı İnsan Haqqları Məhkəməsinə, beynəlxalq məhkəmələrə verərək, təzminat tələb etsin. İddia etsin ki, Azərbaycan “etnik təmizləmə” aparıb. İddia etsin ki, "Azərbaycan barbardır". Daha sonra isə Qarabağın erməni əsilli sakinlərini meydanlara töküb Paşinyan hakimiyyətinə qarşı qaldırmağı planlayırlar…

Qısacası bəllidir ki, Ermənistan daxilində təkcə Paşinyan hakimiyyəti rol oynamır. Kənar qüvvələrin gücü, elə Paşinyan hakimiyyətinin gücünə bərabərdir. Amma unudurlar…. Vacib bir məqamı gözdən qaçırırlar… Unudurlar ki, qaçqın və ya məcburi köçkün deyiləndə öz doğma torpağında, yurd-yuvasından zorla, təcavüzlə, məcburiyyətlə çıxarılanlara deyilir.

Başqasının torpağını zəbt edib, orada yurd yuva quranların adı işğalçıdır. Azərbaycanın tarixi torpaqlarının 20 faizini işğal altında saxlayacaq və yaxud bu torpaqlardan imtina edəcək qədər qürursuz deyildi… Bax, bu nüansı unudurlar.

Bu gün Qarabağın tamamilə boşaldılması təbii ki, Azərbaycanın maraqlarına cavab verir. Ən azından minlərlə igidimizin qanı bahasına əldə edilmiş torpaqlarda illərlə bizi əzmiş bir millətin nümayəndələrini görmək əziyyətindən xilas oluruq…

Biz Xocalı qətliamını, Malıbəyli və Quşçular qətliamını, Qaradağlı soyqırımı, Ağdaban soyqırımını, Ballıqaya soyqırımını və Başlıbel faciəsini unutmuruq… 30 il ərzində verdiyimiz şəhidləri, 2020-ci ildə Gəncəyə atılan raketləri, ölən körpələri unutmuruq… Humanistlik sərgiləyib, silah qaldırmırıq mülki vətəndaşlara… İlahi Ədalətə sığınırıq… İlahi Ədalət gec olsa da, təcəlli edir…Əlbət, bu da şəhid anasının dərdini ovundurmaz, amma heç kim bu həyatda yaşatdığını yaşamadan da ölməz…

Bizimyol.info
Geri dön