Ana Sayfa > Dünya > Ermənistan hökuməti Putinin həbsinə əsas verən qanun layihəsini parlamentə göndərib

Ermənistan hökuməti Putinin həbsinə əsas verən qanun layihəsini parlamentə göndərib


1-09-2023, 15:47. Yazar: admin
Ermənistan hökuməti Putinin həbsinə əsas verən qanun layihəsini parlamentə göndərib

Sentyabrın 1-də Ermənistan hökuməti Roma statutunun ratifikasiya olunması üçün parlamentə göndərib.

Vertikal.az “Report”a istinadla xəbər verir ki, həmin sənəddə Rusiya Prezidenti Vladimir Putinin həbsi ilə bağlı maddənin olub, olmadığı bilinmir.

Qanun layihəsi parlamentin saytında hələ ki dərc olunmayıb.

Qeyd edək ki, bu ilin martında Ermənistanın Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunun ölkənin əsas qanununa uyğun olduğuna dair qərar qəbul edib. Bu qərardan bir həftə əvvəl isə Haaqa Beynəlxalq Cinayət Məhkəməsi V.Putinin həbsi barədə order verib.

Həmin qərara əsasən, Rusiya lideri Ukraynada müharibə zaman uşaq qaçamalçılığında ittiham olunur.
Geri dön