Ana Sayfa > Dünya > Moskvaya və Bryansk vilayətinə PUA hücumlarının qarşısı alınıb

Moskvaya və Bryansk vilayətinə PUA hücumlarının qarşısı alınıb


28-08-2023, 09:29. Yazar: admin


Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələri Moskva yaxınlığındakı Lyuberts rayonunda paytaxt istiqamətində uçan pilotsuz uçuş aparatını (PUA) vurub.

APA xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin “Telegram”da məlumat paylaşıb.

Merin sözlərinə görə, itki və dağıntı yoxdur.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri dünən gecə Bryansk vilayətinə də iki PUA ilə hücum ediblər. Hər iki PUA məhv edilib.
Geri dön