Ana Sayfa > Dünya > Çin Yaponiyaya xəbərdarlıq edib

Çin Yaponiyaya xəbərdarlıq edib


29-07-2023, 09:34. Yazar: admin


Çin Yaponiyanı hərbi təhlükəsizlik bəyanatlarında və hərəkətlərində ehtiyatlı olmağa çağırıb.

APA-nın xəbərinə görə, bu barədə Çin Xalq Respublikası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Tan Kefei bildirib.


“Biz Yaponiyanı hərbi təhlükəsizlik bəyanatlarında və hərəkətlərində ehtiyatlı olmağa və ikitərəfli münasibətləri yoluna qaytarmaq üçün əməli addımlar atmağa çağırırıq”, - Kefei bildirib.

Onun sözlərinə görə, Yaponiyanın “Ağ Kitab”ının yeni variantı Çin haqqında yanlış təsəvvürlərə sadiqdir və Çinin hərbi təhlükəsini “qəsdən şişirdir”, regionda gərginliyi artırır, həmçinin Çinin daxili işlərinə kobud müdaxilədir.
Geri dön